Sənaye

ADEX beynəlxalq sərgisi açıldı - FOTO

ADEX beynəlxalq sərgisi açıldı - FOTO | FED.az
09:46 25 Sen 2018

Bakıda “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayır. 

FED.az xəbər verir ki, sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 29 ölkədən 224 şirkət iştirak edəcək. 

Genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin güc və qüdrətinin nümayişidir. 

Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər.  Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib, belə ki, 2016-cı illə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin, iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

Bu il digər sektorlarla yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Helikopterləri” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edəcəklər.

Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir və sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. 

Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

 
















Digər xəbərlər