ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan NATO Liderlər Zirvəsinin keçirildiyi Litvanın paytaxtı Vilnüsdə jurnalistlərə açıqlama verib.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin - Kütləvi İstehsalına Başlanılacaq
FED.az xəbər verirk i, İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyənin addımını alqışladıqlarını ifadə edən Sullivan, İsveçi ən qısa zamanda NATO-nun yeni üzvü kimi görmək istədiklərini qeyd edib.
Sullivan xatırladıb ki, İsveçin NATO üzvlüyünü təsdiqlədikdən sonra ABŞ-dan F-16 tələbinə Türkiyənin cavabı necə olacaq sualına, Prezident Baydenin çoxdan bu satışı dəstəklədiyini bildirib.
F-16-ların Türkiyəyə satışının ABŞ-ın maraqlarına uyğun olduğunu vurğulayan Sullivan, "Bayden Konqreslə məsləhətləşərək bu prosesi irəli aparmaq istəyir" deyib.
Konqresin F-16-nın Türkiyəyə satışını nə vaxt təsdiq edəcəyini soruşduqda, Sullivan, "Bu mövzuda dəqiq bir tarix deyə bilmərəm, lakin biz Konqres üzvləri ilə əlaqə saxlayırıq" cavabını verib.
Bayden və prezident Rəcəb Tayyib Ərdoğanın bu gün görüşəcəklərinə diqqət çəkən Sullivan görüşdə bir çox ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyini bildirib. (Marja)