ABŞ-ın neft sənayesinin görünüşü və qısamüddətli xam neft istehsalı haqqında göstərici kimi qəbul edilən neft qazma qüllələrinin sayı bu həftə 11 ədəd azalıb.
Neft sahəsinə xidməti şirkəti Baker Hughes-ın həftəlik məlumatlara görə, ABŞ-dakı neft qazma qüllələrinin (qurğularının) sayı 1-7 İyun həftəsində bir əvvəlki həftə ilə müqayisədə 11 azalaraq 789-a enib. 
Cümə axşamı Brent neftin barel qiyməti 63,29 dollardan, Qərb Texas (WTI) xam neftinin də barel qiyməti 53,05 dollardan bağlanıb. Qiymətlər 2,5%-dən çox artıb.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








