Bu ilin yanvar-sentyabr aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb.
Türkiyə kapitallı şirkətə Ağdam Sənaye Parkının rezidenti statusu verildi - 21 MİLYONA YAXIN SƏRMAYƏ
FED.az xəbər verir ki, agentliyin məlumatına görə, hesabat dövründə 500-dək daimi iş yeri yaradılıb.
Qeyd edək ki, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,88 milyard manat olan 156 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10,5 mindən çox daimi iş yeri yaradılıb.