Zeta Group “Satıcı” üzrə vakansiya elan edir.
Namizədə tələblər:
• Yaş: 20-30
• Cinsi: Kişi və ya qadın
• Təhsil: Orta/Orta ixtisas (Ali arzuolunandır)
• İş təcrübəsi: Satış sferasında +1 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
Şəxsi keyfiyyətlər:
• Kollektivlə işləmə
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
Əsas vəzifə öhdəlikləri:
• Satış texnikasının professional üslublarından effektiv istifadə etmək;
• Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
• Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.);
• Səliqəli görünüşü təmin etmək (forma,gigeyena,qrim və s.).
• Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək;
• Uğurlu satış həyata keçirilməsi üçün bölmənin həmkarları ilə fəal əməkdaşlıq etmək, həmçinin müvafiq qaydada məlumat mübadiləsi aparmaq;
• Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək;
İş şərtləri:
• İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi
• İş günü: 6günlük, həftədə 1gün istirahət
• Şirkət tərəfindən Uniforma verilir
• Əmək haqqı 400-500 AZN+satışdan bonuslar
Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.