Azərbaycanda tikinti materialları ticarətinin gəlirli sahə olması artıq neçə illərdir ki, təsdiqlənib.
50 tender udub, 15 milyonluq mebel satsa da, gəlirləri və mənfəəti azalıb – HESABAT
Bu növbəti dəfə tikinti sektorunda, inşaat materi allarının satışı ilə məşğul olan «Konstromat» ASC-nin hesabatından da məlum olur.
Sözügedən şirkət tikniti materialları, daha dəqiqi sement satışı («Norm» şirkətinin istehsalı olan sementlərin topdansatışı) ilə məşğuldur.
Şirkətin 1 sahibi var – səhmlərin 100 %-nə nəzarət edən Rasim Əkbərov Naib oğlu.
Hesabatdan aydın olur ki, 2024-ci ildə «Konstromat» 38 milyon manatlıq sement satıb, satışın maya dəyiri 29,9 milyon manat təşkil edib.
Nəticədə şirkətin ümumi mənfəəti (satış və maya dəyəri fərqi) 8 milyon 37 min manat olub. Bu 2023-cü ilin göstəricisindən (8,3 milyon manat idi) azdır.
2024-cü ildə şirkət öz fəaliyyətinə 2,5 milyon manat xərcləybi – bunun 1,5 milyon manatı inzibati xərclərə, 1 milyon isə əməliyyat xərclərinə sərf edilib.
Qalan 5,5 milyon manatdan 1,1 Milyon manat mənfəət vergisinə çıxılıb, nəticədə «Konstromat» ASC 2024-cü ili 4,4 milyon manat xalis mənfətlə tamalayıb.
İldə 38 milyon manatlıq satışa baxmayaraq «Konstromat» ASC-nin əmlakı qat-qat azdır – cəmi 890 min manatlıq torpaq, tikili və avadanlığı var.
Ümumilikdə isə şirkətin 7,6 milyon manatlıq aktivlərinin 6,7 milyon manatı qısamüddətli aktivlər, yəni pul vəsaitləridir.
«Konstromat» ASC menecerləri nisyə satışa pis baxmır – 2024-cü ilin sonuna şirkətin 5,7 milyon manatlıq alacağı var. 2023-cü illə müqayisədə debitor borcların məbləği təqribən 800 min manat daha artıb.
Amma kapitalı çox olduğundan nisyə satış şirkətin fəaliyyətinə çətinlik yaratmır, dövriyyə vəsaitləri həmişə var.
Qalan 1 milyon manatlıq aktivlər hesabdakı pullar və sair aktivlərdir.
Şirkətin 4,6 milyon manat kapitalı var, əvvəlki illə müqavisədə kapital göstəricisi 500 min manat azalıb.
Səbəbi, səhmdarın bölüşdürülməyən mənfəətdən öz dividendlərini – xalis qazancını götürməsidir.
Hesabatdan məlum olur ki, şirkətin sahibi Rasim Əkbərov Naib oğlu bir ildə 4 milyon manatdan çox dividend gəliri əldə edib. Bu pullar şirkətdən bir neçə dəfəyə 100-150-200 min manat və daha çox hissələrlə çıxarılıb.