Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ilə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.
FED.az xəbər verir ki, görüşdən sonra Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilib. Start verilən 7 layihədən biri Azərbaycan Respublikasının Yevlax rayonunda tekstil klasterinin yaradılmasıdır. Layihənin dəyəri 104 milyon dollardır. Pambıq becərilməsinin başlanğıcından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Bu layihə Özbəkistanın “Global Textile” şirkətinin iştirakı ilə həyata keçirilir.
Digər layihə Azərbaycan Respublikasının Xankəndi şəhərindətoxuculuq fabrikinin tikintisi. Layihənin dəyəri 6 milyon dollardır və Özbəkistanın “BUSINESS TEX” MMC şirkətinin iştirakı ilə həyata keçirilir.
Başqa bir layihə Azərbaycan Respublikasının İmişli rayonunda tekstil klasterinin yaradılmasıdır. Layihənin dəyəri 54 milyon dollardır və pambığın yığılmasından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Layihə Özbəkistanın “TST GROUP” şirkətinin iştirakı ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının yaradılması layihəsi də təqdim edilib. Layihənin dəyəri 3 milyon dollardır.