“Azəripək” MMC nizamnamə kapitalını azaldır.
Eləcə də bax: Milyonluq “Gilan Holding” 100 manatlıq şirkətə - ÇEVRİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Azəripək” MMC nizamnamə kapitalını 11.849.579,48 Azərbaycan manatından azaldaraq 11.546.479,17 Azərbaycan manatı məbləğində müəyyən edir.
“Azəripək” MMC-nin kreditorları 30 (otuz) gün müddətində tələb və iddialarını AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 35, 1033-cü məhəllə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.