İqtisadiyyat Nazirliyi “Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu verib.
Eləcə də bax: Ağdam Sənaye Parkının rezidentlərinin sayı 5-ə çatıb - SİYAHI
FED.az xəbər verir ki, Şirkət “Polimer məhsulların istehsalı” layihəsi həyata keçirəcək. Layihə çərçivəsində müxtəlif çeşidli iri kisələrin və iri həcmli plastik konteynerlərin istehsalı nəzərdə tutulur.
Layihənin investisiya dəyəri 10 milyon manatdır.
Sənaye Parkının 3 hektar ərazisində inşa ediləcək müəssisədə 500 daimi iş yeri yaradılacaq.
Müəssisənin tikintisinə başlandıqdan sonrakı 12 ay müddətində istismara verilməsi nəzərdə tutulur.
İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Avropa və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.