Narkomaniya ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi yeni müəssisə fəaliyyətə başlayacaq. Bu, Prezidentin təsdiqlədiyi "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Azərbaycanda 40 min narkoman var – RƏSMİ
FED.az xəbər verir ki, Milli Məclidin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, narkotik asılılığından əziyyət çəkənlər üçün reabilitasiya mərkəzləri də yaradılacaq.
Millət vəkili bildirir ki, narkotiklərlə mübarizədə qanunsuz dövriyyənin qarşısının alınması üçün normativ hüquqi baza təkmilləşdiriləcək.
Həmçinin vətəndaşlara narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışlar "ASAN Xidmət" mərkəzlərində veriləcək.