Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 6-nın sığorta yığımlarında azalmalar olub.
Sığorta şirkətlərinin ödəniş/yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-İYUL, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığımları ən çox azalan şirkət «Qala Sığorta» ASC olub. Şirkətin sığorta yığımlarını həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon 229 min manat və ya 30,2% azalaraq 37 milyon 518 min manata düşüb.
«Azərbaycan Sənaye Sığorta» ASC-nin də sığorta yığımlarında 2 milyon 523 min manatlıq (13,3%) azalma olub və şirkətin yığımları 16 milyon 390 min manata enib.
Bundan başqa, «AzSığorta» ASC-nin yığımları 479 min manat (9,2%) azalaraq 4 milyon 750 min manata, «Qala Həyat Sığorta» ASC-nin yığımları 579 min manat (3,6%) azalaraq 15 milyon 710 min manata düşüb.
|
S/N |
Sığorta şirkətləri |
Sığorta yığımları |
Sığorta yığımları |
Dinamika |
Dinamika |
|
1 |
“Qala Sığorta” ASC |
53 747 |
37 518 |
-16 229 |
-30,20% |
|
2 |
“Azərbaycan Sənaye Sığorta” ASC |
18 913 |
16 390 |
-2 523 |
-13,30% |
|
3 |
“AzSığorta” ASC |
5 229 |
4 750 |
-479 |
-9,20% |
|
4 |
“Qala Həyat” Sığorta Şirkəti ASC |
16 289 |
15 710 |
-579 |
-3,60% |












