2023-cü ildə Azərbaycanda ev təsərrüfatlarında adambaşına düşən gəlirin məbləği 343 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2022-ci illə müqayisədə təxminən 16 manat və ya 5% çoxdur.
Muzdlu işlərlə əlaqəli gəlirlərin məbləğ 129,4 manat, bu da illik 5,3 manat (4,2%), çoxdur.
Özünəməşğulluq üzrə gəlirlərin məbləği isə 5,5 manat və ya 5,1% artaraq 113,2 manara yüskəlib.
Kənd təsərrüfatı məhsullarının istehsalından adambaşında düşən gəlirlər 36,8 manata bərabər olub. Bu da 2022-ci ilə nisbətən 1,7 manat (4,9%) çoxdur.
Daha ətarflı aşağıdakı cədvəldə:
Ev təsərrüfatlarında ayda adambaşına düşən gəlirlər |
2023 (manat) |
İllik müqayisə (manat) |
Faizlə müqayisə |
Gəlirlər – cəmi |
343,2 |
15,6 |
4,8% |
Muzdlu işlə əlaqədar əldə edilən gəlirlər |
129,4 |
5,3 |
4,2% |
Özünüməşğulluqdan gəlirlər |
113,2 |
5,5 |
5,1% |
ondan kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər |
36,8 |
1,7 |
4,9% |
Mülkiyyətdən gəlirlər – cəmi |
1,2 |
0,0 |
1,6% |
ondan əmlakın icarəyə verilməsindən gəlirlər |
0,8 |
0,0 |
1,2% |
Alınmış cari transfertlər |
67,1 |
4,1 |
6,6% |
pensiyalar |
56,5 |
3,6 |
6,7% |
müavinət, təqaüd və digər sosial ödənişlər |
10,0 |
0,5 |
5,7% |
natura şəklində daxilolmaların pul ifadəsində dəyəri |
0,6 |
0,1 |
21,3% |
Digər gəlirlər |
32,3 |
0,7 |
2,2% |
ölkə daxilində digər ailələrdən alınan vəsaitlər |
26,6 |
0,6 |
2,1% |
ölkə xaricindən alınan vəsaitlər |
5,7 |
0,1 |
2,3% |