Azərbaycanda fəaliyyət göstərən 26 bankın bu ilin 1-ci yarısında nizamnamə kapitalından ən yaxşı istifadə edənləri məlum olub.
Eləcə də bax: Azərbaycanda aktivlərindən ən yaxşı istifadə edən banklar - MƏLUM OLDU
FED.az xəbər verir ki, nizamnamə kapitalından ən yaxşı istifadə edən bank "Kapital Bank"dır. Bankın göstəricisi 75,5%-dir. İkinci yerdə isə 10,2%-lik göstərici ilə "Bank of Baku" gəlir.
Bundan başqa, bu göstərici 14 bankda 1-10% arasında, 5 bankda 0-1% arasında, digər 5 bankda isə 0 ilə -4% arasındadır.
Qeyd edək ki, 2020-ci ilin I yarısında banklar ümumilikdə 371,7 milyon manat xalis mənfəət əldə edib. Bu bankların nizamnamə kapitallarının cəmi 4 507,8 milyon manat olub. Nizamnamə kapitalından səmərəli istifadə etməyin orta göstəricisi 8,25%-dir.
FED.az nizamnamə kapitalından ən yaxşı istifadə edən bankların renikinqini təqdim edir.