2023-cü ildə 11 MDB ölkəsi üzrə ən çox işsiz əhalisi olan ölkə Rusiya olub.
FED.az u barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ölkə də işsiz əhalinin sayıc 2,4 milyon nəfərdən bir qədər çox olub.
Özbəkistanda isə 709,4 min nəfər işsiz əhali qeydə alınıb.
Qazaxıstanda isə işsizlərin sayı 452 min nəfəri keçib.
Azərbaycan 286,4 min nəfər işsiz sayı ilə 4-cü olub.
Bundan başqa Belarusda 172,1 min və Ermənistanda isə 171,2 min işsiz qeydə alınıb.
Bununla yanaşı Komitənin qeydlərinə görə Ermənistandakı işsiz sayındakı rəqəmlər üzrə 2018-ci ildən metodologiyada dəyişikliklər edilib. Moldovada 2014-cü ildən əhalinin siyahıyaalınmasının yekunlarına əsasən yenidən hesablanıb. 2019-cu ildən metodologiyada dəyişikliklər edilib.Rusiyada 2017-ci ildən müşahidə olunan yaş - 15 yaş və yuxarı (2017-ci ilədək 15-72 yaş) nəzərə alınıb. Ukrayna üzrə məlumatar milli statistika idarələrinin rəsmi internet səhifəsindən əldə olunub.
|
2023-cü il (min nəfər) |
Rusiya |
2400,5 |
Özbəkistan |
709,4 |
Qazaxıstan |
452,2 |
Azərbaycan |
286,4 |
Belarus |
172,1 |
Ermənistan |
171,2 |
Moldova |
|
Qırğızıstan |
|
Tacikistan |
|
Türkmənistan |
|
Ukrayna |
|