2025-ci ilin yanvar–iyun ayları üzrə Bakı Fond Birjasında səhm bazarında aparılmış əməliyyatların statistikası açıqlanıb. Açıqlanan rəqəmlər bu seqmentdə iştirakçı sayının məhdud, rəqəmsal fərqlərin isə kəskin olduğunu ortaya qoyur.
İnvestisiya şirkətlərinin korporativ istiqrazlar dövriyyəsinin həcmi üzrə renkinqi - (YANVAR-İYUN/2025)
FED.az xəbər verir ki, səhm bazarında "ABB İnvest İnvestisiya Şirkəti" QSC 9 milyon 600 min 742 manatlıq əməliyyat həcmi ilə birinci yerdədir.
İkinci sırada "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 4 milyon 516 min 549 manatlıq əməliyyatla gəlir. Üçüncü ən aktiv şirkət isə Troni İnvestisiya Şirkəti QSC olub, 2 milyon 954 min 335 manatlıq səhm əməliyyatı həyata keçirib.
"Unicapital İnvestisiya Şirkəti" ASC 2 milyon 492 min 242 manat, "İnvest-Az İnvestisiya Şirkəti" QSC isə 1 milyon 62 min 509 manat səhm əməliyyatı ilə sıralamada dördüncü və beşinci yerləri tutublar.
Digər şirkətlərdən Assist Finance İnvestisiya şirkəti ASC 362 min 788 manat, CPM-İnvest İnvestisiya Şirkəti QSC isə 31 min 629 manatlıq əməliyyatla bazarda aktivlik nümayiş etdirib.
Bununla belə, Capital Partners İnvestisiya Şirkəti QSC, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC, "PSG Kapital İnvestisiya Şirkəti" QSC və MFX Trading İnvestisiya Şirkəti səhm bazarında bu dövr ərzində əməliyyat həyata keçirməyiblər.
Daha detallı aşağıdakı cədvəldə:
Sıra |
İnvestisiya Şirkətinin Adı |
Səhm üzrə əməliyyat həcmi (AZN) |
1 |
"ABB İnvest İnvestisiya Şirkəti" QSC |
9 600 742 |
2 |
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC |
4 516 549 |
3 |
Troni İnvestisiya Şirkəti QSC |
2 954 335 |
4 |
"Unicapital İnvestisiya Şirkəti" ASC |
2 492 242 |
5 |
"İnvest-Az İnvestisiya Şirkəti" QSC |
1 062 509 |
6 |
Assist Finance İnvestisiya şirkəti ASC |
362 788 |
7 |
CPM-İnvest İnvestisiya Şirkəti QSC |
31 629 |
8 |
Capital Partners İnvestisiya Şirkəti QSC |
0 |
9 |
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC |
0 |
10 |
"CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC |
0 |
11 |
"PSG Kapital İnvestisiya Şirkəti" QSC |
0 |
12 |
MFX Trading İnvestisiya Şirkəti |
0 |