2025-ci ilin maliyyə nəticələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən həyat sığorta şirkətlərinin mənfəət renkinqi müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cədvələ əsasən, ilk pillədə "Paşa Həyat Sığorta" şirkətidir. Şirkət ili təxminən 53,4 milyon manat xalis mənfəətlə başa vurub.
Siyahının ikinci pilləsində 10,1 milyon manat mənfəətlə "Qala Həyat" qərarlaşıb. Onu çox cüzi fərqlə izləyən "Atəşgah Həyat" isə ili təqribən 10 milyon manat mənfəətlə yekunlaşdırıb.
Digər bazar iştirakçılarından "Meqa Həyat Sığorta" 3,7 milyon manat, "Xalq Həyat" isə 2,1 milyon manat mənfəət əldə edib.
|
Həyat sığorta şirkətlərinin mənfəət və zərər renkinqi (2025-ci il) |
||
|
№ |
Sığortaçı |
Mənfəət/zərər həcmi (manat) |
|
1 |
"Paşa Həyat Sığorta" ASC |
53 379 422 |
|
2 |
"Qala Həyat" Sığorta Şirkəti ASC |
10 062 007 |
|
3 |
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC |
10 030 867 |
|
4 |
"Meqa Həyat Sığorta" ASC |
3 706 164 |
|
5 |
"Xalq Həyat" Sığorta Şirkəti ASC |
2 121 615 |










