2025-ci ilin yekunlarına görə, sığorta şirkətlərinin həyatın yaşam sığortası üzrə renkinqi müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il bu sığorta növü üzrə ümumi yığımlar 738,4 milyon manat təşkil edib.
Bazarın mütləq lideri "Paşa Həyat Sığorta" şirkətidir. Şirkət 612,8 milyon manat sığorta haqqı toplayaraq bazarın 83%-nə nəzarət edir.
İkinci yerdə 108,2 milyon manat yığımla "Atəşgah Həyat" qərarlaşıb. Şirkətin bazar payı 15% təşkil edir.
Digər bazar iştirakçılarının payı isə xeyli azdır. "Meqa Həyat" 8,2 milyon manat, "Xalq Həyat" 5,1 milyon manat, "Qala Həyat" isə 4,2 milyon manat sığorta haqqı toplayıb. Hər üç şirkətin bazar payı 1% civarındadır.
|
Həyat sığorta şirkətlərinin həyatın yaşam sığortası üzrə renkinqi (2025-ci il) |
|||
|
№ |
Sığortaçı |
Həyatın yaşam sığortası (manat) |
Bazar payı |
|
1 |
"Paşa Həyat Sığorta" ASC |
612 759 434 |
83% |
|
2 |
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC |
108 152 236 |
15% |
|
3 |
"Meqa Həyat Sığorta" ASC |
8 233 714 |
1% |
|
4 |
"Xalq Həyat" Sığorta Şirkəti ASC |
5 132 979 |
1% |
|
5 |
"Qala Həyat" Sığorta Şirkəti ASC |
4 151 542 |
1% |
|
|
CƏMİ |
738 429 905 |
- |










