2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə qeydiyyata alınmış işsiz şəxslərin sayının 2024-cü ilin müvafiq dövrü ilə müqayisəli dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ötən ilin müvafiq dövrü ilə müqayisə edildikdə, Azərbaycan Respublikası üzrə cəmi 236 min 429 nəfər işsiz şəxs qeydiyyata alınıb ki, bu da 2024-cü illə müqayisədə 20 min 052 nəfər və ya 9,3% artım deməkdir.
Renkinqə qeydiyyata alınmış işsiz şəxslərin sayının artım faizinə görə ən yüksək dinamika ilə 2,2 dəfə (və ya 376 nəfər) artımla Sədərək rayonu başçılıq edir. Belə ki, Sədərək rayonunda işsizlərin sayı 319 nəfərdən 695 nəfərə yüksəlib.
İkinci yerdə Şərur rayonu qərarlaşıb ki, burada işsiz şəxslərin sayı 99,6% (və ya 1 min 571 nəfər) artaraq 1 min 578 nəfərdən 3 min 149 nəfərə çatıb.
Babək rayonu 95,9% (və ya 1 min 192 nəfər) artımla üçüncü, Ordubad rayonu isə 87,6% (və ya 734 nəfər) artımla dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Culfa rayonunda işsiz şəxslərin sayı 82,2% və ya 758 nəfər, Naxçıvan şəhərində 76,2% və ya 1 min 040 nəfər, Şahbuz rayonunda 68,1% və ya 353 nəfər, Kəngərli rayonunda 42,3% və ya 408 nəfər və Biləsuvar rayonunda 31,7% və ya 731 nəfər artım qeydə alınıb.
Naxçıvanın rayonlarını çıxdıqda siyahının davamında Masallı rayonu (29,6% və ya 801 nəfər artım), Cəlilabad rayonu (29,2% və ya 1 min 103 nəfər artım), Astara rayonu (25,4% və ya 656 nəfər artım), Ağcabədi rayonu (23,8% və ya 492 nəfər artım) davam etdirir.
Bundan əlavə Lənkəran rayonu 23,5% və ya 1 min 204 nəfər artımlq, Xocalı rayonu 19,7% və ya 98 nəfər artımla, Sabirabad rayonu 19,6% və ya 495 nəfər artımla, Qazax rayonu 18,5% və ya 461 nəfər artımla və Bərdə rayonu isə 17,7% və ya 1 min 014 nəfər artımla yer alıb.










