Azərbaycanın ayrı-ayrı rayon/şəhərlərində 2021-ci ildə əsas kapitala yönəldilən vəsaitlərin həcmi məlum olub.
2021-ci ildə respublikanın şəhər və rayonlarına investisiya yatırımları işğaldan azad edilən rayonlara böyük vəsait yatırımı ilə diqqəti cəlb edir.
Ən böyük investisiya ənənəvi olaraq Bakı şəhərinə və Naxçıvana yatırılıb.
Yatırımların həcminə görə 3-cü yeri isə Füuzuli rayonu tutur – bu rayon Sumqayıt şəhərini və Abşeron rayonunu üstələyib.
Siyahıda 6-9-cu yerləri də işğaldan azad olunan Şuşa, Cəbrayıl, Zəngilan, Kəlbəcər tutur.
Gəncə şəhərinə Kəlbəcərdən az yatırım edilib – 200 milyon manat.
Ağdam rayonu isə yatırımların həcminə görə, Şabran və Şəmkiri qabaqlayıb.
Ölkədə ən az yatırım isə Lerik, Gədəbəy, Göyçay və Yardımlının payına düşür – bir hissəsi işğal altında olan Xocalını nəzərə almasaq, siyahını bu rayonlar tamamlayır.
Əsas kapitala yönəldilmiş vəsaitlər – bütün növ əsas vəsaitlərin alınmasına, yaradılmasına və təkrar istehsalına yönəldilmiş xərclərin məcmusudur.