Azərbaycanda dövlətin ən çox və ən az vəsait yatırdığı rayon və şəhərlər açıqlanıb.
Azərbaycanda ən yüksək və ən aşağı pensiya olan – RAYONLAR/ŞƏHƏRLƏR - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, 2021-ci ildə qeyri-dövlət mənbələrindən, yəni özəl biznesdən ölkənin rayon və şəhərlərinə ümumilikdə 8 milyard 997 milyon 391 min manat vəsait yatırılıb.
Ən böyük vəsait - 7 milyard 38 milyon 768 min manat və ya ümumi yatırımların 78%-i Bakıya, 874 milyon manat və ya ümumi yarıtımların 9,7%-i Naxçıvan Muxtar Respublikasına yatırılıb.
Azərbaycanın digər bölgələrinə özəl sektor ümumilikdə 1 milyard 84 milyon manat və ya ümumi sərmayənin 12%-i həcmində yatırım edilib.
FED.az portalı 2021-ci ildə özəl sektorun ən çox və ən az yatırım etdiyi rayon/şəhərləri təqdim edir.