Azərbaycanda adambaşına ən çox və ən az sərmayə yatırılan rayon və şəhərlər məlum olub.
FED.az-ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən hesablamalarına görə, 2022-ci ildə ölkədə adambaşına düşən sərmayənin həcmi 1800 manat təşkil edib.
Belə ki, ötən il ölkəyə təqribən 18 milyard manat sərmayə yatırılıb, ölkə əhalisi isə 10 milyon nəfərdən artıq olub.
Adambaşına düşən sərmayə həcmi, ölkənin regionlarına yatırılan sərmayələrin rayonun imkanlarına nə qədər mütənasib olub olmadığını, regionlarda iqtisadi və investisiya aktivliyinin, son nəticədə dövlət və özəl yatırımların nə qədər yüksək olduğunu obyektiv qiymətləndirməyə imkan verir.
2022-ci ilin nəticələrinə görə, Azərbaycanda adambaşına ən byöük investisiya yatırımları işğaldan azad edilən rayonlara və Naxçıvan şəhərinə edilib. Səbəb işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük layihələrdir.
Belə ki, Şuşa və Zəngilan və Xocavənd rayonuna yatırımlar müvayiq olaraq adambaşına 24 min manat, 17 min manat və 14 min manat arasında dəyişir.
Sonrakı yerləri Naxçıvan şəhəri və Cəbrayıl rayonu tutur.
Bakı şəhərin adambaşına yatırımların həcminə görə sıralamada ilk 10-luqda yerini güclə qoruyub saxlaya bilib –4366 manat.
İşğaldan azad olunan rayonları, Bakı və Naxçıvan istisna olmaqla ən byöük sərmayələr yatırılan rayonlar Xızı və Siyəzəndir – müvafiq olaraq 4500 və 3200 manat. Ümumiyyətlə ölkədə cəmi 18 şəhər və rayonda adambaşına yatırımların məbləği 1000 manatdan artıqdır. 19-ci sırada Sumqayıt şəhəri gəlir.
12 rayonda isə adambaşına yatırımlar 500-1000 manat arasındadır.
13 rayon və şəhərdə adambaşına investisiya qoyuluşu 300-500 manat arasınrda dəyişib.
23 rayon və şəhərdə yatırımlar 100-300 manat arasındadır.
Azərbaycanın 6 rayon və şəhərində 2022-ci ildə adambaşına yatırılan məbləğ 100 manatdan azdır. Buraya hazırda işğal altında olan Xocalıdan başqa, Gədəbəy, Yardımlı, Göyçay, Saatlı və Lerik aiddir.