2025-ci ilin üçüncü rübünün yekunlarına əsasən, Azərbaycan banklarının qiymətli kağızlara (ticarət və investisiya məqsədli) yatırımlarının həcminə görə yeni reytinqi məlum olub.
FED.az bankların III rübə olan maliyyə hesabatları bu sahədə "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC və "Kapital Bank" ASC-nin ən üstün olduğunu göstərir.
Reytinq cədvəlinə 3 milyard 203 milyon 550 min manatlıq portfellə "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC başçılıq edir. ABB-nin bu göstəricisi onu investisiya portfelinin həcminə görə ölkənin ən böyük bankı kimi möhkəmləndirir.
Siyahıda ikinci yerdə isə cüzi fərqlə 3 milyard 148 milyon 237 min manatla “Kapital Bank” ASC qərarlaşıb. Bu iki nəhəng bankın göstəriciləri digər rəqiblərdən əhəmiyyətli dərəcədə yüksəkdir.
Reytinqdə növbəti yeri 1 milyard 987 milyon 531 min manatla “PAŞA Bank” ASC tutur və ilk üçlüyü tamamlayır.
Siyahıya əsasən, bu üç bankın qiymətli kağız portfeli 1 milyard manatı xeyli ötüb. Reytinqdə növbəti yerləri "Xalq Bank" ASC (211 milyon 758 min manat), "Azər Türk Bank" ASC (186 milyon 435 min manat) və “Rabitəbank” ASC (118 milyon 967 min manat) davam etdirir. Bu bankların qiymətli kağız portfeli isə 100 milyon manatdan yüksəkdir.