Göyçay rayon icra hakimiyyəti sahibkarları bu rayonda kərpic zavodu və tərəvəz becərməyə dəvət edir. Bu barədə FED.az REGİONLAR-a Göyçay rayon icra hakimiyyəti başçısının müavini, icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və pronozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətov bildirib.
Rayonda sahibkarlıqla məşğul olmaq üçün imkanlar və yaradılan şərait haqqında danışan Ə.Dövlətov bildirib ki, Göyçayda fəraş tərəvəz, istixanalar, parnik təsərrüfatı, meyvə emalı müəssisələri tikmək və bu sahələri inkişaf etdirmək olar.
Eləcə də bax: İcra Hakimiyyəti: İş qurmaq istəyənlərə torpaq verməyə hazırıq
Bakıdan gələn sahibkar kompleks tikib
Rayon rəhbərliyi Göyçaydan kənarda yaşayan sahibkrların da təşəbbüs göstərməsini istəyir. Artıq belə sahibkarlardan biri burada iri yatırım edib: «Sahibkarları dəvət edirik. Çünki Bakıda yaşayan bir sahibkar 2018-ci ildə gəlib bizim rayonda 2 min tonluq soyuducu anbar və meyvə qurutma sexi
tikdi».
Ən böyük biznesmen Göyçaydadır
Başqa rayonlarda olduğu kimi, Göyçayda da xaricdə, xüsusilə Rusiyada yaşayan sahibkarlar var. Bunlardan ən böyüyü Rusiyalı milyarder, «Aznar» şirkətinin sahibi Fərhad Əhmədovdur. Amma başqa biznesmenlər də var və İH rəsmisinin sözlərinə görə, onlar rayonda biznes qurmaq istəyəndə icra hakimiyətindən onlra tövsiyələr verilir: «Gəlib məsləhət alırlar, biz də tövsiyyələrimizi veririk». Ümumiyyətlə hazırda rayonda «Aznar»la yanaşı, süd zavodunun və şərabçılıq müəssisəsinin məhsulları ixrac edilir.
«Problemsiz torpaq ayırırıq»
Ə.Dövlətovun sözlərinə görə, rayonda çalışmaq istəyən sahibkarlar olarsa, İcra hakimmiyyəti onlara torpaq sahəsi tapmaqda dəstək olur. Məsələn, yuxarıda adı çəkilən sahibkara soyuducu tikmək üçün 5 hektar torpaq ayrılıb: «Kim müraciət edirsə ayrılır, örüş sahəsi və digər sahələr kimi. Sahibkarlarla iş sahəsində elə bir problem yoxdur».
«Bəzi bələdiyyələrdə torpaq qalmayıb»
Bəs rayonda iş qurmaq istəyən sahibkar torpağı kimdən və necə alacaq? İcra hakimiyyətindən bildiriir ki, qanuna görə, torpaq sahələrini bələdiyyələr ayırır, bu da hərrac yolu ilə baş tutur: «Müraciət edən şəxs doğrudan da sahbkardırsa, biz bələdiyələrə müraciət edirik və onlar torpağı bələdiyyədən icarəyə götürə bilərlər. Bu məsələ həm də sahibkarın hansı sahə ilə məşğul olmasınan asılıdır». Məsələn, bizdə kortofçuluq olmur, amma meyvə-tərəvəz əkmək istəfyirsə müraciət edə bilər». Ə.Dövlətov bildirir ki, sahibkar müraciət edərsə, ona torpaq, suvarma imkanları, torpaqların yola yaxınlığı və sair kimi məsələlərlə məsləhət vermək mümkündür. Amma bəzi bələdiyyələrdə torpaq qalmayıb: «Bəzi bələdiyyələrdə orpaq qalmayıb, hamısı icarəyə verilib. Məsələn, Potu bələdiyyəsində istifadəsiz torpaq artıq yoxdur. Ümumiyyətlə şəhərə yaxınlaşdıqca istifadəsiz torpaq tapmaq çətinləşir».
«Təklif edirik, gəlib parnik qursunlar…»
Ə.Dövlətovun sözlərinə görə, rayon rəhbərliyi bir sıra sahələrin inkişafında maraqlıdır və burada iş qurmaq istəyənlərə də həmin sahələri tövsiyə edir: «Sizin maliyyə cəhətdən imkanınız varsa, biz təklif edərik ki, burada kərpic zavodu tikilsin, çünki ehtiyatlar var, torpaq da var. Müasir istixana kompleksi qurun, fəraş tərəvəz bu gün Rusiyaya ixrac olunur və yaxşı valyuta da gətirir».
Turizm sahəsi zəifdir
Göyçayda turizm sektoru demək olar inkişaf etməyib. İcra hakimiyyətində də etiraf edirlər ki, artıq turizm mərkəzləri kimi tanınan qonşu İsmayıllı vı Qəbələ ilə rəqabət aparmaq mənasızdır: «Rayona turistlər demək olar ki gəlmir, ildə bir dəfə rayonda Nar Festivalı keçirilir, onda böyük turit axını olur – təqribən 20 minə yaxın. Amma bu uzağı 2-3 gün çəkir. Bir də Novruz Bayramına gəlirlər». Buna görə, eləcə də təbii şəraitinə görə, Göyçayın turizm obyektləri azdır. Şəhərdə cəmi iki otel və elə Nar Festivalında turistlərin çoxluğundan həvəslənən şəxslərin yaratdığı bir neçə hostel fəaliyyət göstərir. Amma Ə.Dövlətov bildirir ki, hansısa sahibkar rayondu istirahət obyekti tikmək istəsə icra hakimiyyəti onlara kömək göstərməyə hazırdır.
«Kəndlər boş qalmayıb, əksinə, rayona qayıdırlar»
İcra hakimiyyətində bildirirlər ki, Göyçayda işsizlik səbəbindən adamların kəndlərini tərk edib getmələri və nəticədə kəndlərin boşalması halları yoxdur. Doğrudur, rayondan gedib Bakıda çalışanlar var və amma bu kütləvi deyil və heç bir kənd boş qalmayıb: «Adamların iş olmadığına görə kəndi tərk etməsi halları yoxdur, torpaqları var və işləyirlər». Əksinə qurumdan bildirirlər ki, indi şəhərdən kəndə axın var: «Əksinə şəhərdən kəndə axın var. Vaxtilə şəhərə gedən insanlar vardı, indi görürlər ki, kənd təsərrüfatı inkişaf edir, görürlər ki, torpağa görə sübsidiya alırlar, gübrə-filan verilir, qayıdırlar». Rəsmi məlumatlara görə, 2018-ci ildə Göyçayın demoqrafik saldosu müsbət olub. Yəni rayona kənardan gələnlərin sayı gedənlərdən artı qolub: «Ötən il rayonu 107 nəfər tərk edib 188 nəfər isə qayıdıb, deməli müsbət saldo 81 nəfərdir». Rayona qayıdanlar əsasən şəhər mərkəzi və mərkəzə yaxın kəndlərin Cəyirli və Rotu kəndlərinin sakinləridir.
Ucqar kəndlərə investisiya etməyə ciddi ehtiyac var
Bununla yanaşı, Ə.Dövlətov etiraf edir ki, bəzi ucqar kəndlərə yatırım etməyə böyük ehtiyac var: «Bizim ucqar kəndlərin əksəriyyətinə investisiya qoymağa ciddi ehtiyac var. Bunlar Bəydövül, Çaxırlı, Alpout və başqalarıdır». Ona görə də iş adamları rayona dəvət olunur: «Kimin imkanı varsa, investisiya yatırmaq istəyirsə, biz rayona dəvət edirik».
Rəsmi məlumat:
«2018-ci ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları, 2019-cu ildə qarşıda duran vəzifələr barədə» Göyçay RİH-də keçirilən hesabat yığıncağında bildirilib ki:
2018-ci ildə Göyçayda əsas kapitala 34,9 milyon manat investisiya yönəldilib. 11,7 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb ki, bu da əvvəlki illə müqayisədə 4,6 milyon manat çoxdur. Ötən il özəl sektor rayonda 9,4 milyon manat olan 14 layihə həyata keçirilib və nəticədə 177 yeni iş yeri yaradılıb.
Bildirilib ki, 2018-də rayonda 64,3 min ton meyvə istehsal edilib ki, bu da əvvəlki ildəkindən 2,7 faiz çoxdur. Tərəvəz istehsalı da 4,7 faiz artıb. Faraş tərəvəzin böyük hissəsi xarici bazarlara ixrac olunub.