2025-ci ildə pərakəndə ticarət dövriyyəsində müşahidə olunan azalma dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bir sıra regionlarda ticarət fəallığının zəifləməsi nəticəsində dövriyyə həcmində geriləmə qeydə alınıb.
Təqdim olunan statistikaya əsasən, ən kəskin azalma Xocavənd rayonunda baş verib; burada ticarət dövriyyəsi 6 milyon 348 min manatdan 5 milyon 766 min manata düşərək 582 min manat, yəni 9,2 faiz azalıb.
Daşkəsən rayonunda isə bu göstərici 91 milyon 915 min manatdan 89 milyon 43 min manata enərək 2 milyon 872 min manat, başqa sözlə 3,1 faiz geriləyib.











