Azərbaycanda regionlar üzrə cəlb olunmuş xarici valyuta əmanətlərinin statistikası bəzi iqtisadi rayonlarda bu göstəricinin aşağı həcmdə olduğunu göstərir.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, siyahıda ən aşağı əmanət həcmi Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda cəmi 40 min manat xarici valyuta əmanəti cəlb olunub ki, bu da 3,23%-lik (respublika üzrə ən yüksək) orta faiz dərəcəsi ilə müşayiət olunub.
İkinci ən aşağı göstərici isə Mil-Muğan iqtisadi rayonuna aiddir. Burada cəlb olunan əmanətlərin həcmi 1 milyon 913 min manat, orta faiz dərəcəsi isə 2,06% təşkil edib.
Ən az əmanət cəlb edən digər regionlar sırasında Dağlıq Şirvan iqtisadi rayonu da var. Bu rayonda 3 milyon 272 min manat həcmində əmanət cəlb edilib və orta faiz dərəcəsi 2,03% olub. Siyahını Qarabağ (4 milyon 78 min manat həcm və 1,91% faiz) və Naxçıvan (4 milyon 264 min manat həcm və 1,76% faiz) iqtisadi rayonları davam etdirir.