Azərbaycanda regionlar üzrə kredit qoyuluşunun həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Hesabat dövrünə ölkə üzrə cəmi kredit qoyuluşu 29 milyard 980 milyon 53 min manat təşkil edib.
Renkinqə Bakı iqtisadi rayonu böyük fərqlə başçılıq edir. Paytaxt üzrə kredit portfelinin həcmi 22 milyard 749 milyon 621 min manat (12,91%) təşkil edir.
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb. Bu regionda kredit qoyuluşunun həcmi 1 milyard 215 milyon 330 min manat (16,53%) olub.
Gəncə-Daşkəsən iqtisadi rayonu 905 milyon 246 min manat (17,88%) göstərici ilə üçüncü sırada yer alıb.
Dördüncü sırada Lənkəran-Astara iqtisadi rayonu dayanır – burada kredit portfelinin həcmi 711 milyon 46 min manat (19,74%) təşkil edib.
Siyahının beşinci pilləsində Mərkəzi Aran iqtisadi rayonu (19,88%) qərarlaşıb. Regionda kredit qoyuluşunun həcmi 606 milyon 898 min manat olub.
Altıncı yerdə Şəki-Zaqatala iqtisadi rayonu gəlir. Bu regionda kreditlərin ümumi məbləği 605 milyon 3 min manat (17,92%) təşkil edib.
Yeddinci sırada isə Qazax-Tovuz iqtisadi rayonu (19,67%) yer alıb. Burada kredit portfelinin həcmi 583 milyon 588 min manat olub.











