“Meqa Sığorta” ASC sığorta şirkətinin yanvar-aprel ayları üzrə yığımlarının və ödənişlərinin həcmi məlum olub.
FED.az xəbər verir ki, 2025-ci ilin yanvar-aprel aylarında sığorta şirkəti 10,158 mln. manat sığorta haqqı toplayıb.
Hesabat dövründə şirkət müştərilərinə 5,064 mln manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 882 min manat və ya 21% artım deməkdir. 2024-cü ilin 4 ayı ərzində də sığorta ödənişləri 4,182 mln. manat olub.
“Meqa Sığorta” ASC-nin ödəniş-yığım nisbəti bu dövrdə 50% olub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.