Kollegial idarəetmə sisteminə malik olan BOKT “AZPUL” MMC-nin İdarə Heyətində dəyişiklik olub.
Hansı BOKT-lar avtomobil krediti verir? – SİYAHI, ŞƏRTLƏR, FAİZLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən BOKT-nin Emin Ağayev Ayın oğlu İdarə Heyətinə üzv seçilib.
Əvəzində, Seymur Yusifli Mübariz oğlu İdarə Heyətinin üzvü vəzifəsindən ayrılıb.
Hazırda BOKT-nin İdarə Heyətinə Tural Vəliyev Gəray oğlu sədrlik edir.
Xatırladaq ki, BOKT “AZPUL” MMC 2020-ci ilin sentyabrında Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib. Hazırda 300 000 manat nizamnamə kapitalı var.