“Azkredit” BOKT ASC-də səhmdar dəyişikliyi baş verib.
FED.az xəbər verir ki, “Azkredit” Bank Olmayan Kredit Təşkilatının səhmdar tərkibində dəyişiklik edilib.
Məlumata görə, 10 aprel 2024-cü il tarixinədək emitentin yeganə səhmdarı Əsgərov Qurban Nəcəf oğlu olub. O, 300 min manatlıq nizamnamə kapitalına sahiblik edib. Bu məbləğ 3000 ədəd adi, adlı, sənədsiz səhmə uyğun olub və səhmdarın payı 100 faiz təşkil edib.
Lakin 10 aprel 2024-cü ildən sonra BOKT-un səhmdarı dəyişib. Yeni səhmdar Məmmədov Mahir İsmayıl oğlu olub. O, 600 min manat həcmində nizamnamə kapitalı ilə çıxış edib. Bu isə 6 000 ədəd adi, adlı, sənədsiz səhmə uyğun olub və onun payı da 100 faiz təşkil edib.
Beləliklə, “Azkredit” BOKT ASC-nin səhmlərinin tam nəzarəti 10 aprel 2024-dən etibarən Məmmədov Mahir İsmayıl oğluna keçib.