2020-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 42 BOKT-dan 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 10 milyon manatdan çoxdur.
Eləcə də bax: Azərbaycanda 4 BOKT-un kredit portfeli - 15 Milyon Manatdan Çoxdur
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Aqrarkredit” (12 204,613 milyon manat), “Finoko” (20,007 milyon manat), “Embafinans” (18,666 milyon manat), “International” (11,76 milyon manat) və “FİNKA Azərbaycan”dır (10,703 milyon manat).
20 BOKT-un öhdəlikləri 1-10 milyon manat arasında, 17 BOKT-un öhdəlikləri isə 1 milyon manatdan azdır.
8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit” 2020-ci ilin, 1 BOKT – “Fintrend” isə 2019-cu ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” mikromaliyyə bazarına 2021-ci ildə, 4 BOKT - “Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit” isə 2020-ci ildə daxil olub.
***
2019-2020-ci illərdə bazarda olmuş və hesabat vermiş 39 BOKT-dan 17-si ötən il öhdəliklərini artırıb. Bunlar “Falcon Finance”, “Avrasiya-Kredit”, “TCF”, “Kredex”, “Union Kredit”, “Qafqaz-Kredit”, “City Finance”, “FİNKA Azərbaycan”, “İnkişaf üçün Maliyyə”, “International”, “Brand Credit”, “Azərbaycan Mikro-Kredit”, “Kredaqro”, “Gold Finance”, “Kredit-Servis”, “Merkuri” və “Kəpəz”dir. Ən yüksək dinamika “Falcon Finance” (49 dəfə), ən aşağı dinamika isə “Kəpəz”də (3,9%) qeydə alınıb.
1 BOKT-un - “MJ Financial Services”in öhdəlikləri ötən ildən formalaşıb, odur ki, onun öhdəliklərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 21 BOKT-un isə öhdəlikləri azalıb. Ən çox azalma “Regional”da (84,6%), ən az azalma isə “Aqrarkredit”də (2,6%) qeydə alınıb.