İşğaldan azad edilmiş, hazırda sürətlə inkişaf edən və böyük abadlaşdırma işləri aparılan Şuşa şəhəri zərərlə işləməyə başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsin 2024-cü il üzrə illik maliyyə hesabatına istinadən məlumat verir.
Qurumun 2024-cü ilin yekunları üzrə açıqladığı hesabata əsasən, 2024-də “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin gəlirləri azalıb, xərcləri isə kəskin artıb. Nəticədə 2023-cü ili 3,5 milyon manat xalis mənfəətlə bitirən qurum 2024-cü ildə təqribən o qədər – 3,47 milyon manat zərər edib.
Beləliklə, 2024-cü ildə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin ümumi gəlirləri 8,8 milyon manat olub. Bu 2023-cü illə müqayisədə 3,4 milyon manat azdır. Xatırladaq ki, 2023-də Qoruğun ümumi gəlirləri 12,2 milyon manat olmuşdu.
2024-də Qoruğun gəlirlərinin əsas hissəsini – 7,5 milyon manatını dövlət subsidiyaları təşkil edib. 2023-cü illə müqayisədə Şuşaya dövlət subsidiyaları təqribən 2 milyon manat artıb.
Əvəzində Qoruğun sair gəlirləri 5 dəfə azalaraq 2023-cü ildəki 6,7 milyon manatdan 2024-də 1,34 milyon manata enib.
Qeyd edək ki, sair gəlirlər dedikdə əsasən məsləhət xidmətlərindən gələn gəlirlər, əmlak icarəsi və tender gəlirləri nəzərdə tutulur. 2023-cü ildə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” 6 milyon manatlıq məsləhət xidmətləri göstərib. 2024-cü ildə isə bu rəqəm 10 dəfədən çox azalaraq 540 min manata enib.
İcarədən gəlirlər də azalıb və 720 min manatdan 680 min manata düşüb.
Gəlirlərin azalması fonunda “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin xərclərində kəskin artım baş verib. Belə ki, 2023-cü ildə qurumun illik xərci 8,8 milyon manat olduğu halda, 2024-cü ildə xərclər 12,3 milyon manata yüksəlib. Yəni təqribən 3,5 milyon manat artıb.
Xərclərin artımı həm bəzi xərclərin yüksəlməsi ilə, həm də yeni xərclərin yaranması ilə bağlıdır.
Məsələn, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”ndə əmək haqlarına ödənilən məbləğ - işçi heyətinə xərclər 2023-cü ildə 2 milyon 910 min m anat olduğu halda, 2024-cü ildə bu rəqəm 1,4 milyon manat artaraq 4,3 milyon manata yüksəlib.
Qabaqcadan ödənişlərin dəyərsizləşməsi Qoruğa 1 milyon 348 min manat, Binaların və infrastrukturun söküntüsü isə 1 milyon 392 min manat əlavə xərc yaradıb.
Nəticədə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” 2024-cü ili 3 milyon 475 min manat xalis zərərlə başa vurub. Halbuki, 2023-cü ildə Qoruq idarəsi 3,5 milyon manat xalis mənfəət əldə etmişdi.
2024-cü ildə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin aktivləri bir qədər azalaraq 88,7 milyon manatdan 76 milyon manata enib.
Qurumun uzunmüddətli aktivləri artaraq 59 milyon manatdan 70,5 milyon manata yüksəlib, buraya bina, əmlak və avadanlıqlar aiddir.
Əvəzində idarənin cari aktivləri azalıb. Məsələn pul vəsitləri 2023-cü ilin sonundakı 20,7 milyon manatdan 2024-cü ilin sonunda 858 min manata düşüb – 24 dəfə azalıb. Qabaqcadan ödənişlər isə 2 dəfə azalaraq 7,2 milyondan 3,4 milyon manata enib.
2024-cü ildə zərər etməsi səbəbindən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin kapitalında azalma olub. Nizamnamə kapitalı əvvəlki kimi dəyişməyərək 1 milyon manat həddində qalıb. Dövlət İnvestisiyaları da daha 3 milyon manat artaraq 65 milyon manatdan 68 milyon manata yüksəlib.
Əvəzində 2024-də zərər etməsi səbəbindən kapital tərkibində bölüşdürülməmiş zərər yaranıb və cəmi kapital 69,6 milyon manatdan 68,7 milyon manata enib.
2024-cü ildə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin öhdəlikləri kəskin azalıb. Belə ki, 2023-cü ilin sonunda öhdəlikləri 19 mailyon manat olduğu halda, 2024-ün sonunda bu rəqəm 7 milyon manat düşüb.
Belə kəskin azalmanın səbəbi qurumun tikinti ilə bağlı xərclərini ödəməsi olub. Hesabatdan məlum olur ki, 2023-də qurumun tiiinti işləri üzrə 11,3 milyon manat borcu olsa da, 2024-ün sonunda bu rəqəm 384 min manata düşüb. Qoruq 2024-də dövlətlə hesbalaşmalarıda bitirib və qalan öhdəlik 4,6 milyon manatldan 300 min manata enib.
Əvəzində 2024-də “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin borcları və kreditləri bir qədər artaraq 1,4 milyondan 1,6 milyon manata yüksəlib.







![Şuşa şəhərinin gəlirləri azalıb: [red]Bir ildə 3,5 milyon manat – ZƏRƏR EDİB – HESABAT[/red] | FED.az](upload/news/small/4838911.jpeg)
![Şuşa şəhərinin gəlirləri azalıb: [red]Bir ildə 3,5 milyon manat – ZƏRƏR EDİB – HESABAT[/red] | FED.az](upload/news/small/3844770.png)
![Şuşa şəhərinin gəlirləri azalıb: [red]Bir ildə 3,5 milyon manat – ZƏRƏR EDİB – HESABAT[/red] | FED.az](upload/news/small/2200687.png)
![Şuşa şəhərinin gəlirləri azalıb: [red]Bir ildə 3,5 milyon manat – ZƏRƏR EDİB – HESABAT[/red] | FED.az](upload/news/small/3313347.png)
![Şuşa şəhərinin gəlirləri azalıb: [red]Bir ildə 3,5 milyon manat – ZƏRƏR EDİB – HESABAT[/red] | FED.az](upload/news/small/1759190.png)








