Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün balans kapitalı illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar "NBC Bank", "Muğan Bank", "Azər-Türk Bank", Pakistan Milli Bankının Bakı filialı, "Bank BTB", "Atabank", "Bank VTB Azərbaycan", "Unibank", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Express Bank", "Nikoyl Bank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (52%), ən az azalma isə "NBC Bank"da (0,2%) qeydə alınıb.
Eləcə də bax: Azərbaycan banklarının sahibləri kimlərdir? - SİYAHI - ARAŞDIRMA