Azərbaycandakı AXA MBASK Sığorta Şirkətinin satılması ilə bağlı niyyət sazişi qüvvədən düşüb.
Belə ki, AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə Elxan Qəribli ilə bağlandığı 21 may 2018-ci il tarixdə elan edilən niyyət sazişi qüvvədən düşmüşdür.
FED.az xəbər verir ki, AXA MBASK Sığorta Şirkəti hazırda yeni sığorta müqavilələri bağlamağı dayandırmışdır və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.
AXA Azərbaycandan gedir - RƏSMİ AÇIQLAMA
20:10
4 Aprel 2019