Azərbaycan məhkəmələrində dövlət rüsumunun dərəcələri diferensiasiya ediləcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.
Fərmanda məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi tapşırılıb.