Bakıda marketlər şəbəkəsinin bir filialına silahlı hücum baş verib. FED.az xəbər verir ki, hadisə aprelin 1-i səhər saat 09 radələrində qeydə alınıb.
Yasamal rayonunda yerləşən “Oba” marketə hücum edən Mingəçevir şəhər sakini Murad Mustafayev orada satıcı işləyən 1986-cı il təvəllüdlü Mahirə Əhmədovanı cibindən çıxardığı bıçaqla xəsarət yetirəcəyi ilə hədələyib.
Eləcə də bax: İşədüzəltmə şirkətinin əməkdaşları tutuldu - 211 nəfəri aldadıblar
Daha sonra bıçaqla vuraraq kassanı sındırıb və içindən 205 manat götürərək oradan qaçıb.
M.Mustafayev hadisədən sonra saxlanılıb.