Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata görə 2 saylı Ərazi Vergilər Departamentində aparılmış auditin nəticələri geniş müzakirə edilib.
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatında əksini tapıb. Bildirilib ki, 37 vergi ödəyicisindən 5-də aşkar edilmiş kənarlaşmalar aradan qaldırılıb, 4 vergi ödəyicisində səyyar yoxlamalar aparılır, digər ödəyicilərə nöqsanların aradan qaldırılması üçün bildirişlər göndərilib.
Yük gömrük bəyannamələri üzrə idxal əməliyyatları üzrə mənfəət (gəlir) bəyannamələrinin əlavələrində əks etdirməyən 35 vergi ödəyicisindən 9-da səyyar vergi yoxlamaları aparılıb, 3-də isə aparılmaqdadır və digər 18 vergi ödəyicisinə 335,9 min əlavə vergi hesablanıb.
Eləcə də bax: Xarici İşlər Nazirliyində maliyyə pozuntuları aşkarlandı
Həmçinin məlumatda 2 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olan və idxal əməliyyatları aparmış 852 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbirləri nəticəsində həmin dövr üzrə kameral qaydada ümumilikdə 17256,7 min manat məbləğində əlavə vergi hesablandığı, yük gömrük bəyannamələri üzrə ixrac əməliyyatlarının dəyərini mənfəət vergisi bəyannaməsində az bəyan edən 19 vergi ödəyicisində aparılmış səyyar vergi yoxlaması ilə 4411 min manat əlavə vergi hesablandığı bildirilib.
Eyni zamanda, yol verdikləri nöqsanlarla əlaqədar saylı Ərazi Vergilər Departamentinin bir sıra əməkdaşları barədə intizam tənbeh tədbirlərinin görüldüyü qeyd edilib.