“Kaspian İnterneşnl Brouking” MMC-nin 2018-ci ili 1 milyon 762 min 483 manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Şirkət 2017-ci ili 1 milyon 722 min 574 manat xalis mənfəətlə bağlamışdı.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Kaspian İnterneşnl Brouking”in cəmi gəlirləri 2 milyon 561 min 904 manat, cəmi xərcləri isə 326 min 467 manat təşkil edib. Şirkət 2 milyon 235 min 437 manat maliyyə mənfəətindən 472 min 953 manat mənfəət vergisi ödəyib.
Eləcə də bax: “PAŞA Sığorta” nəticələrini - AÇIQLADI
©Marja