“Bank Respublika”nın İdarə Heyətinin yeni Sədri vəzifəsinə Tariyel İsmayılov təyin edilib.
FED.az xəbər verir ki, Tariyel İsmayılov bankda öz fəaliyyətinə aprelin 2-dən başlayacaq.Xatırladaq ki,Tariyel İsmayılov, daha öncə “AccessBank” QSC-də İdarə Heyətinin Sədrinin müavini vəzifəsində çalışıb.
Bəs Tariyel İsmayılov kimdir?
Tariyel İsmayılov öz fəaliyyətinə AccessBank-da 2004-cü ilin may ayında Mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb, daha sonra 2006-cı ildə Bankın Gəncə filialının rəhbəri vəzifəsinə yüksəlib. T.İsmayılov 2008-ci ildə Mikrokreditləşmə departamentinin rəhbəri vəzifəsinə təyin olunub, həmçinin qərb regionunun Regional meneceri vəzifəsində çalışıb.
2013-cü ilin sentyabr ayında o Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor vəzifəsinə, 2017-ci ilin aprel ayından etibarən isə İdarə Heyəti sədrinin müavini və Baş Biznes İnzibatçısı vəzifəsinə təyinat alıb.
T. İsmayılov həmçinin Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və Risk üzrə” Ekspert qrupunun sədridir.
O, “İqtisadiyyat və Hüquq” ixtisası üzrə magistraturanı bitirib və hal-hazırda “Sahibkarlığa dövlət yardımının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi iş üzərində işləyir. Azərbaycan, rus və ingilis dillərini bilir
“Bank Respublika”nın - YENİ SƏDRİNİ SİZ DƏ TANIYIN
12:59
28 Mart 2019