Maliyyə üzrə nəzarətçi
Gilan FMCG Qrupu Maliyyə üzrə nəzarətçi vakansiyasına işçi axtarır.
Vəzifə öhdəlikləri:
Satılan məhsulların maya dəyərlərinin düzgün formalaşmasına nəzarət etməli;
Planlaşdırılmış xərclərin faktiki xərclərdən imtinasının analiz etməyi bacarmalı;
Debitor və kreditor hesabatlarını hazırlamalı;
Debitor və kreditor borclarını təhlil etməli;
Büdcələri hazırlamalı;
Mühasibatlığın fəaliyyətinə nəzarət etməli;
Maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğun olaraq aparılmasına nəzarət etməli;
Maliyyə hesabatlarını hazırlamalı.
Tələblər:
İqtisadi sahə üzrə bakalavr dərəcəsi
Müvafiq sahə üzrə 3-5 illik iş təcrübəsi;
Topladığı bilik və təcrübəni bölüşmək bacarığı;
Güclü analitik və məntiqi düşüncə bacarıqları;
Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
Yaradıcılıq bacarıqları;
1 C 8.2, MS Office proqramlarında yaxşı işləmə bacarığı.
Vakansiya üçün müraciət qaydası :
Namizədlər https://gilanholding.com/careers/vacancies keçidindən istifadə edərək Maliyyə üzrə nəzarətçi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.