ABŞ-ın Federal Rezerv Sistemi (FRS) uçot dərəcəsini dəyişməz saxladıqdan sonra Rusiyada dolların məzənnəsi aşağı düşüb. FED.az xəbər verir ki, FRS-in 19-20 martda keçirilən toplantısında uçot dərəcəsi 2,25-2,50% arasında toxunulmaz saxlanılıb.
Eləcə də bax: Banklar üçün həmin qaydalar məcburi deyil –PROBLEM YARANA BİLƏR
Qurumun bu qərarı ABŞ-da 2019-da iqtisadi artım gözləntilərinin aşağı olması ilə əlaqədardır. Belə ki, FRS hesab edir ki, 2019-da iqtisadi artım 2018-ci ilin sonunda güman edildiyi kimi 2,3% deyil, 2,1% olucaq. 2020-ci ildəki iqtisadi artım proqnozu da 2%-dən 1,9%-ə endirilib.
Eləcə də bax: “Veysəloğlu”dan 2 milyon manatlıq - VERGİ CƏRİMƏSİ BARƏDƏ - AÇIQLAMA
Ekspertlər hesab edir ki, FRS-nin bu qərarı dünyadakı digər valyutalara diqqəti artıracaq, dollara tələbat və onun məzənnəsi isə azalacaq.
Azərbaycanda dolların məzənnəsi dəyişməz qalsa da, qonşu Rusiyada bu dəyişiklik açıq görünür. Belə ki, 2019-cu ilin əvvəlindən indiyədək Rusiya rublu dollar qarşısında 8% bahalaşıb. FRS-nin qəqarından sonra da, martın 20-də Moskva birjasında dolların məzənnəsi 57 qəpik azalaraq 64 rubldan aşağı düşüb – 63,82 rubl. Avronun məzənnəsi isə 23 qəpik azalaraq 72,83 rubla düşüb. Sonuncu dəfə Rusiyada dolların belə aşağı məzənnəsi ötən ilin avqustunda qeydə alınıb.
Rusiyada dollar son yarım ildə ən aşağı həddə – QİYMƏT
13:11
21 Mart 2019