Azərbaycanda 2019-cu il yanvarda çalışan istər dövlət, istərsə də qeyri-dövlətdə çalışan işçilərin əməkhaqlarında artım müşahidə edilib. Müşahidə olunan mühüm artım illik deyil hətta ayı əhatə edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvarına olan göstəricilərində öz əksini tapıb.
Statistik göstəricinin son rəqəmlərini əsas tutaraq 2018-ci ilin dekabrında dövlət sektorunda ortalama 435,2 manat əməkhaqqı alanların, 1 ay sonra, yəni, 2019-cu ilin yanvarında 1,82% artımla 443,1 manat əməkhaqqı aldıqlarını müşahidə edirik.
Dövlət sektorunda ən çox maaş artımı Su təchizatı və tullantılar təmizlənməsi emalı üzrə çalışan şəxslərdə 21,78% artım müşahidə edilib. Bu sektorda çalışan şəxslər hazırda aşağıdakı cədvəldə göründüyü kimi 321,5 manat əməkhaqqı alıblar. Lakin, bir faktı qeyd edək ki, adıçəkilən sektorunda çalışan dövlət işçilərindən fərqli olaraq özəl sektorda iki dəfədən çox əməkhaqqı (805,3 manat) alırlar.
Eləcə də bax: Xidməti müqavilələr dəyişir –DSMF VƏ VERGİ TAM ÖDƏNİLƏCƏK - NAZİRDƏN AÇIQLAMA
Dövlət sektorunda ən çox azalma DSK-nin adı bilinməyən “digər sahələr” adlandırdığı sahədədir ki, burada 18,92% azalma müşahidə edilir.
Özəl sektorda isə ən çox artım səhiyyə sahəsində çalışan şəxslərdir. Onların əməkhaqları DSK-nin cari ilin ilk ayında aylıq 16,72% artım olub. Özəl sektorda ən çox azalma hiss olunan iqtisadiyyat sahəsi 3,45% azalma ilə nəqliyyat sahəsinə çalışanları əhatə edib. Bu sektorda ən çox maaş alanlar Peşə, elmi və texniki fəaliyəti əhatə edir – 2 119,2 manat.
Saytımızın əsas izləyici sahəsini əhatə edən göstərici, yəni, maliyyə üzrə çalışan dövlət sektorunun işçilərinin əməkhaqları 1 423,7 manat (0,9% artımla), qeyri-dövlətdə çalışanların isə maaşı 1,506,1 manat (2,24% artımla) olub.
Qeyd edək ki, Azərbaycanda ortalama əmək haqqı 557,2 manat təşkil edir.