Ötən gün “OBA” marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.
FED.az xəbər verir ki, həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanılıb.
AQTA-dan bildirilib ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:
“Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.