Yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət göstəricilərində əvvəlki illə müqayisədə kəskin artım müşahidə olunub. FED.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ilk iki ayda ölkənin xarici ticarət dövriyyəsi 5 317,9 milyon dollar təşkil edib. Bu ötən illə müqaysədə 45% artıqdır.
Yanvar-fevral aylarında ixrac 3 152,1 milyon dollar, idxal 2 165,8 milyon dollar təşkil edib. Müsbət saldo 986,3 milyon dollar təşkil edib.
Ötən illə müqayisədə ixrac 42,6%, idxal isə 49,2% artıb. Müsbət saldoda 30% artım var.
Eləcə də bax: Xaricdən Azərbaycana avtomobil idxalı – İKİQAT ARTIB
Gömrük Komitəsinin məlumatlarından məlum olur ki, idxal artımının əsas hissəsi dövlət qurumlarının payına düşüb. Statistikaya görə, il kiki ayda Azərbaycanın dövlət qurumlarının idxalı 879,2 milyon dollar təşkil edib, bu ötən ilin eyni dövründəki ilə (303 milyon dollar idi) müqayisədə 2,9 dəfə artıqdır.
Müqayisə üçün bildirək ki, 2019-un ilk iki ayında özəl sektorun idxalı cəmi 10,3% artaraq 1179,1 milyon dollar olub. Fiziki şəxslərin idxalı isə 44,4% artaraq 114,5 milyon ollar təşkil edib.
Bu dövrdə dövlət qurumlarının icracı cüzi artıb. Yanvar-fevral aylarında Azərbaycanın dövlət qurumlarının ixracı 2 033,5 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,12% artıqdır.