Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin nizamnamə kapitalı illik müqayisədə artıb.
FED.az xəbər verir ki, bunlar "Bank VTB Azərbaycan", "Nikoyl Bank", "Bank Respublika", "Kapital Bank", "Rabitəbank", "Muğan Bank" və "AGBank"dır. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (6,2 dəfə), "AGBank" da (1,6%) qeydə alınıb.
Qalan 23 bankın isə nizamnamə kapitalı dəyişməyib.
Eləcə də bax: "Problemli kreditlərin qaytarılması mexanizmi hazırdır"