Dövlət Statistika Komitəsi (DSK) yanvar ayında xarici ticarət əlaqələri haqqında məlumatları açıqlayıb.
FED.az DSK-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında ölkədən 137,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 12,1 faiz, real ifadədə isə 4,4 faiz çoxdur.
Eləcə də bax: Azərbaycanda istixana bananları yetişdiriləcək
2019-cu ilin yanvar ayında 2018-ci ilin eyni ayı ilə müqayisədə ixracı artan ə azalan məhsullar aşağdakılardır:
İxracı artan məhsullar:
Təzə meyvə ixracı - 25,4%
təzə tərəvəz – 1,8 dəfə,
tütün – 21,6%,
şəkər – 2,4 dəfə,
çay – 1,9 dəfə,
təbii üzüm şərabları və üzüm suslosu – 1,7 dəfə,
meyvə və tərəvəz konservləri – 20,5%,
kartof – 24,5%,
pambıq lifi – 2,0 dəfə,
emal olunmamış alüminium – 19,2%,
bentonit gili – 18,8% artıb.
İxracı azalan məhsullar:
Meyvə və tərəvəz şirələri - 31,6%,
bitki yağları – 59,7%,
marqarin, qida üçün yararlı digər qarışıqlar – 63%,
polietilen – 21,5%,
qara metallardan borular – 60,3%,
pambıq ipliyi - 48,2% azalıb.
Azərbaycanda şəkər ixracı kəskin artıb - RƏQƏMLƏR
14:27
14 Mart 2019