Bu il yanvarın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.
FED.az xəbər verir ki, bu banklardan 4-ü - "Access Bank", "Bank VTB Azərbaycan", "Muğan Bank" və "PAŞA Bank" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.
Bununla yanaşı, 5 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "Günay Bank", "AGBank", "Xalq Bank", "Bank BTB" və "Nikoyl Bank"dır. Ən çox azalma "Nikoyl Bank"da (32,5% az), ən az azalma isə "Günay Bank"da (1,6%) qeydə alınıb.
Eləcə də bax: Azərbaycandə ən yüksək faizlə kredit verilən - BÖLGƏLƏR - SİYAHI
2 bankın - "Atabank" və "Bank of Baku"nun AMB-yə borcu olduğu kimi qalıb, yəni dinamika 0%-dir.
1 bankın - "Premium Bank"ın tənzimləyici quruma borcu 28,6% artıb.
9 bankın - "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"ın son 1 ildə AMB qarşısında öhdəliyi olmayıb, 1 bankın - "Kapital Bank"ın isə tənzimləyici qurum qarşısında öhdəliyi ötən ilin IV rübündə yaranıb. Odur ki, bu bankların AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb.