FED.az 2018-ci il üzrə bank sektorunda gender bölgüsü ilə bağlı araşdırmanı siizə təqdim edir.
Belə ki, 2018-ci ilin yekunlarına əsasən, ölkəmizdə bank sektorunda çalışan əməkdaşların ümumi sayı 17,588 nəfərdir. Bank əməkdaşlarının ümumi sayının 63.3%-ni kişilər, 36.7%-ni qadınlar təşkil edir. Baş ofis üzrə çalışanların 65.1%-i kişilərdən, 34.9% -i qadınlardan, Bakı-Abşeron regionunun filiallarında çalışanların 53.3%-i kişilərdən, 46.7%-i qadınlardan, digər region filiallarında isə çalışanların 70.8%-i kişilərdən, 29.2%-i isə qadınlardan ibarətdir.
Eləcə də bax: Azərbaycanın bank sektorunun – QADIN RƏHBƏRLƏRİ – SİYAHI
Rəhbər heyətin (bölmə rəhbəri və ondan yuxarı bütün menecment) ümumi sayında əməkdaşların 79.8%-ni kişilər, 20.2%-ni qadınlardır.
Digər kateqoriyadan olan heyətin (mütəxəssis və kiçik xidməti heyət) ümumi sayında isə əməkdaşların 59.9%-ni kişilər, 40.1%-ni qadınlar, baş ofis üzrə əməkdaşların 61.8%-ni kişilər, 38.2-ni qadınlar, Bakı-Abşeron regionun filialları üzrə əməkdaşların 49.6%-ni kişilər, 50.4%-ni qadınlar, digər region filialları üzrə isə 67.8%-ni kişilər, 32.2%-ni qadınlar təşkil edir.