FED.az Azərbaycandakı market şəbəkələrinin bonus kartları üzrə təqdim etdiyi üstünlükləri araşdırıb.
“Araz Supermarket” - Bu şəbəkənin kartı ilə hər 10 manata görə 1 bonus yüklənir. 1 bonus 20 qəpikdir. Əgər alıcı hətta 10 manatlıq alış-verişi bir dəfəyə də etməsə, 15 gün ərzində 10 manatdan aşağı məbləğlər toplanaraq 10 manat olarsa, bu 1 bonus kimi karta yüklənir. Məsələn, 10 manatlıq ticarətə 20 qəpik, 20 manatlıq ticarətə isə 40 qəpik bonus hesablanır.
Bu şəbəkədə endirimli məhsullar həm kartı olanlar, həm də olmayanlar üçündür. Əgər kartdan 1 il ərzində istifadə olunmazsa deaktiv olunur və magazaya müraciət edilərək aktivləşdirilə bilər.
“Bazarstore” – Burada maraqlı üsuldan istifadə olunur. Belə ki, rəflərdəki endirimli qiymətlərdən yalnız “Super Kart”ı olanlar istifadə edə bilərlər. Kartı olmayanlar isə məhsulu endirimsiz qiymətə əldə edirlər, buna görə də rəylərdə endirimli qiymət görəndə diqqətli olmaq və kassada çeki yoxlamaq lazımdır.
Bonuslar isə 20 manat və daha çox alış-verişlərdə ümumi məbləğin 1%-i qədər olur. Bu o deməkdir ki, 20 manatdan aşağı pul xərclədikdə ümumiyyətlə bonus hesablanmır. Bonuslar isə belədir: 20 manat = 20 qəpik, 100 manat = 1 manat və sair. Kartın istifadə müddəti yoxdur.
Eləcə də bax: Qiymət artımının səbəbi «ağ mühasibatlığ»a keçiddir – EKSPERTDƏN AÇIQLAMA
“Neptun Supermarket”– Burada hər 10 manata 10 qəpik bonus hesablanır. Bununla yanaşı, “Neptun Supermarket”in qaydalarına görə, hər 5-ci gün 50 manatdan artıq alış-verişə 10% bonus hesablanır. Yəni adı günlər 50 manatlıq ticarətə görə 50 qəpik bonus hesablandığı halda, 5-ci günlər bu məbləğ 5 manata qalxır. 1 ay ərzində bazarlıq etməyəndə bütün bonuslar silinir. Marketdə olan endirimlər isə ancaq kartı olanlar aiddir.
“Rahat Market” – Burada 1 manatlıq alış-verişə 1 qəpik bonus hesablanır. Burada maraqlı məqam ondan ibarətdir ki, əgər kart sahibi «Rahat Market»in Port Baku filialında ticarət etsə, bonuslar 2 qat hesablanacaq. Müştərinin kartındakı bonus sayı 300-ə çatarsa, ona “Bolkart” verilir, bu kartla bütün filiallarda alış-veriş edəndə bonus 2 qat hesablanır. Marketdə olan endirimlərdən həm kartı olanlar, həm də olmayanlar istifadə edə bilər. Əgər kart vastəsi ilə 6 ay ərzində bazarlıq edilməzsə kart deaktiv olunur. Mağazaya yaxınlaşıb aktivləşdirmək olar, amma bonuslar silinmiş olur.
“Bolmart” – Bu marketlərdə 10 manatlıq alış-veriş 1 bonus olaraq hesbalanır. Burada bonusları pula çevirmək olmur. Sadecə 60 bonusdan başlayaraq müəyyən hədiyyələr ( ütü, feni, saxlama qabları və s.) əldə etmək olar. Kartın istifadə müddəti yoxdur, yəni kart 1 il belə istifadə olunmasa belə deaktiv olunmur.
“Sarı Market” - Marketdə 2 manatlıq alış-veriş 1 bonus kimi hesablanır. Burada da bonusları pula çevirmək olmur. 500 bonsudan yuxarı olduqda isə marketdə verilən siyahıya görə müəyyən əşylar ( blender, çaynik, Tefal və s) əldə etmək olar. Kartın istifadə müddəti yoxdur.
KİV-lərin nəzərinə! Materialdan istifadə edərkən FED.AZ adıyla istinada icazə verilir! Əks halda materialın yayılması qadağandır!
Marketlər |
Tariflər |
20 manat üçün əldə olunan gəlir (manat) |
Kartın əlavə üstünlükləri |
Kartın istifadə müddəti |
“Araz” |
2% |
0,40 |
- |
1 il |
“Bazarstore” |
1% |
0,20 |
Yalnız kartı olanlar endirimdən faydalanır |
Limit yoxdur |
“Neptun” |
1% |
0,20 |
Yalnız kartı olanlar endirimdən faydalanır |
1 ay |
“Rahat” |
1% |
0,20 |
- |
6 ay |
“Bolmart” |
- |
Bonusları pula çevirmək olmur |
- |
Limit yoxdur |
“Sarı Market” |
- |
Bonusları pula çevirmək olmur |
- |
Limit yoxdur |