“Bakı Telefon Rabitəsi” MMC keçirdiyi tenderin nəticələrini elan edib.
FED.az TENDER xəbər verir ki, tenderin qalibi DG Telecom MMC olub və şirkətlə 14 mln 221 min 733 manat dəyərində müqavilə imzalanıb.
Müqavilənin predmeti 130000 abunəçi şəbəkəsinin qurulması və 80000 mənzilin GPON (Gigabit imkanlı Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə telefonlaşdırılması və mövcud şəbəkənin genişləndirilməsi işləri olub.
“Bakı Telefon Rabitəsi” 14 milyon manatlıq müqavilə imzalayıb
17:49
22 Fev 2019