FED.az "kommersant.az" saytına istinadən xəbər verir ki, "Rabitə Bank"ın depozit faizləri bazardakı digər banklarla müqayisədə çox aşağıdır. Məsələn, bankın fərdi mütərilərinə təklif etdiyi ən yüksək əmanət faizi 10%-ə qədərdir. Hətta bu rəqəm bəzi hallarda 10% belə olmur. Bundan başqa bankın ən aşağı əmanət faizi "Uşaq yığım əmanəti"dir ki, bu da 5%-ə dək hesablanır və yenə də demək olar 5%-i ötmür.
Bir sözlə, banka əmanət yerləşdirmək digər banklarla müqayisədə sərfəli deyil.
QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB
"Rabitə Bank"ın il ərzində qeyri-faiz gəlirləri 4 mln. manata yaxın azalıb. Təbii ki, pullarını kreditə yatıran bank, kredit portfelini 83 mln. manatdan çox artırıb. Yəni bankın BOKT kimi fəaliyyət göstərməsi hesabatına da öz təsirini göstərib.
Cənablar, bir bank bazara aqressiv kreditlə girməməlidir. Əks halda sabah problemli kreditdən əziyyət çəkər. Axı siz BOKT yox, banksınız. Sizi BOKT-lardan fərqləndirən ən azı bir amiliniz olsun.
BANK DEDİKDƏ İNSANLARIN AĞLINA KREDİT GƏLİR
Yarımbaşlığa diqqət edin... Kredit dedikdə ağıllara bank yox, bank dedikdə ağıllara kredit gəlir. Niyə? Çünki, "Rabitə Bank" və bu kimi bəzi banklar yuxarıda qeyd etdiyim kimi aqressiv kreditlə kredit bazarını, insanların banklara olan inamını və s. alt-üst edir. Problemli kreditləriniz olmasın, hörmətli banklar.
Ən sonda isə oxuculardan xahişim odur ki, banklara əmanət yerləşdirərkən və ya kredit götürərkən bankın bazardakı çəkisinə, hesabatına, sədrinə və s. bütün amillərinə diqqət yetirin. "Rabitə bank" əməkdaşları, yazını qara və ya rəngli PR hesab etməyin, bu, həqiqətdir.